RU
Oteldəki intiharın yeni
12:21
1937

Oteldəki intiharın yeni

27 yaşlı mühasib Orxan Alıcanovun yeni evləndiyi məlum olub.

Dünən Şamaxı şəhərindəki "Şirvan" hotelində baş vermiş dəhşətli intiharla bağlı bəzi məqamlar üzə çıxıb.

Özünü 12 mərtəbəli mehmanxananın 10-cu mərtəbəsindən atan hotelin 27 yaşlı mühasibi Orxan Alıcanovun yeni evləndiyi məlum olub.

İş yoldaşları bildiriblər ki, O.Alıcanov 3 ay əvvəl ailə həyatı qurubmuş.

İntiharın necə baş verməsinə gəlincə, O.Alıcanovun xidməti iş otağı hotel binasının birinci mərtəbəsində yerləşib. Dünən günorta saatlarında binanın 10-u mərtəbəsindəki yeməkxanaya gələn mühasib hələlik dəqiqləşməmiş səbəblərdən özünü pəncərədən atıb.

Onun konkret hansı səbəbdən həyatına qəsd etməsi məlum deyil.

Qeyd edək ki, özünü 10-cu mərtəbədən atan O.Alıcanov hadisə yerindəcə vəfat edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb, araşdırmalar aparılır.

***

Şamaxıda intihar hadisəsi baş verib.

Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə bu gün rayon ərazisində yerləşən “Şirvan” hotelində qeydə alınıb.

Orada mühasib işləyən, Qobustan rayon sakini, 1988-ci il təvəllüdlü Orxan Alıcanov hotelin damından özünü atıb. O, aldığı xəsarətdən hadisə yerindəcə keçinib.

Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır./lent

7news.az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ