Somalinin paytaxtı Moqadişoda terrorçuların otelə hücum etməsi nəticəsində ən azı 14 nəfər ölüb, daha 20 nəfər isə yaralanıb.
Bu barədə 7News.Az Rusiya KİV-nə istinadən xəbər verir.
Məlumata əsasən terrorçular `SYL` otelinə ötən gün axşam saatlarında daxil olublar. Yaraqlılardan biri otelin qarşısında bomba quraşdırılan avtomobili partladıb. Bundan sonra terrorçular otelə daxil ola biliblər.
İlkin məlumatlara görə, insident nəticəsində 14 nəfər ölüb, daha 20 nəfər yaralanıb. Ölənlərdən beşi terrorçudur.
Qeyd edək ki, `SYL` oteli paytaxt Moqodişoda prezid








