Taylandın Samutprakan əyalətinin 45 yaşlı sakini Somçay ayaqyoluna gedərkən həyatının şokunu yaşayıb.
Bu barədə "Daily Mail" yazır.
Belə ki, Somçay unitaza oturduqdan sonra ona nəyinsə dəydiyini hiss edib. Dərhal qalxıb ilanı təmizləyici vasitə ilə geri qaytarmağa çalışsa da, xeyri olmayıb.
Kişi mütəxəssis çağırmalı olub.
Kaytisak Misenq adlı ilantutan "çağırılmamış qonağı" unitazdan məharətlə çıxarıb.
İlan kənddən kənar bir yerdə azadlığa buraxılıb.

7News.Az








