Bakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib.
7news.Az "Report”a istinadən xəbər verir ki, insident Fətəli Xan Xoyski küçəsində yerləşən aptekin qarşısında qeydə alınıb.
Tanımadığı şəxs 1988-ci il təvəllüdlü Ağacanlı Fərid Mirzəbəy oğluna oturduğu yerdən qalxmağı tələb edib. O isə əvəzində söyüş söyüb. Buna cavab olaraq naməlum şəxs bıçaqla onun sağ nahiyəsinə zərbə vurub.
Yaralı xəsarət alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.
7news.Az








