Ağcabədidə ağır yol qəzası baş verib.
7News.Az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, sentyabrın 29-da saat 14 radələrində Ağcabədi rayonunun Qaravəlli kənd sakinləri Hüseyn Bayramovun idarə etdiyi "VAZ-21074” markalı avtomobillə Ağcabədi şəhər sakini Elçin İbrahimovun idarə etdiyi "MTZ-82” markalı traktor toqquşub. Nəticədə H.Bayramovun sərnişini - atası Mehdi xəstəxanaya yerləşdirilib və orada ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
7News.Az








