RU
Oğurlanan uşaq danışdı: “Məni soyuqda diləndirdilər” - FOTO
14:15
2022

Oğurlanan uşaq danışdı: “Məni soyuqda diləndirdilər” - FOTO

Bakının Əhmədli qəsəbəsində yerləşən 95 nömrəli orta məktəbin 3-cü sinif şagirdi, dünən saat 14.00 radələrindən itkin düşən Abbasov Amin Əbil oğlu tapılıb.

7news.Az xəbər verir ki, 3-cü sinif şagirdi olan Amin aznews.az-a onu dilənçilərin oğurladığını deyib: "Məni soyuqda diləndirdilər”.

Aminin anası bildirib ki, uşaq oynayarkən yanında 4 uşaq olan qaraçı qadın onu çağırıb və dünən bütün günü soyuqda diləndirib:

"Uşaq o qədər soyuqda qalıb ki, eşitmə qabiliyyəti zəifləyib. Qaraçı qadın uşağın internetdə şəklini və axtarışda olduğunu görən kimi gətirib qapımızın ağzına qoyub. Hal-hazırda hüquq-mühafizə orqanları qadının kimliyini araşdırır”.
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ