RU
Oğurluq edib, sonra evi yandırdılar
13:03
538

Oğurluq edib, sonra evi yandırdılar

Bakıda evdən oğurluq edəndən sonra mənzili yandıran şəxslər saxlanılıb.

7News.Az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Bərdə rayonunun Saatlı kəndində yaşayan İbrahim Abbasovun evindən məişət əşyaları və tikinti alətləri oğurlanmış, habelə ev qəsdən yandırılıb.

Bərdə RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmkəndlilər Murad Abbasov, Müslüm Qasımov, Dinar Xasaylı və İslam Qəmbərov tutulublar. Faktla əlaqədar cinayət işi başlanılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ