RU
Oğuzda 69 yaşlı piyadanı avtomobil vuraraq öldürüb
15:20
43

Oğuzda 69 yaşlı piyadanı avtomobil vuraraq öldürüb

Oğuz rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Hadisə rayonun Xalxalqışlaq kənd ərazisində qeydə alınıb.

Belə ki, Ərmənət kənd sakini Əkrəm Hacalıyev idarə etdiyi "UAZ" markalı avtomobillə hərəkətdə olarkən Xalxalqışlaq kənd sakini, 1955-ci il təvəllüdlü Qurban Qurbanovu vurub.

Q.Qurbanov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.
 
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ