Oxu.Az-ın bölgə müxbirinin məlumatına görə, hadisə İsmayıllı-Qaraməryəm-Şəki magistral yolunun Oğuz rayonunun Sincan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
İki minik avtomobilinin toqquşması nəticəsində avtomobillərdə olan yeddi nəfər xəsarət alıb.
Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilib.
Avtomobillərdən birində olan sərnişinlərin nişana getdikləri məlum olub.
Yaralılar təcili olaraq Qəbələ rayon xəstəxanasına çatdırılıblar.
Hadisə ilə bağlı araşdırma aparılır.
7News.Az








