Oğuzda minik avtomobili ağaca çırpılıb.
Hadisə bu gün saat 16 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunda, Oğuz rayonunun Bayan kəndi ərazisində baş verib. Hadisə zamanı avtomobildə olan üç nəfər xəsarət alıb. Xəsarət alanlar əraziyə çağırılmış təcili tibbi yardım maşını ilə Oğuz Mərkəzi Rayon Xəstəxanasına aparılıblar.
Faktla bağlı araşdırma aparılır.
7NEWS.Az








