RU
Oğuzda avtomobil piyadanı vuraraq öldürüb
16:50
299

Oğuzda avtomobil piyadanı vuraraq öldürüb

Oğuz rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Hadisə Xalxal kəndində qeydə alınıb.

Belə ki, "VAZ-21015" markalı avtomobil yolu keçmək istəyən kənd sakini Əlavər Abuzər oğlu Lətifovu vurub. O, müxtəlif dərəcəli bədən xəsarətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ancaq həkimlərin səyinə baxmayaraq, yaralının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır./report

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ