Oğuz rayonunun Xaçmaz kəndinin yüksək dağlıq ərazisindəki meşə sahəsində baş verən yanğın lokallaşdırılıb.
Bu barədə 7NEWS.Az-ın sorğusuna cavab olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhvəri İradə İbrahimova bildirib.
Onun sözlərinə görə, ETSN-nin, Fövqəladə Hallar Nazirliyinin, rayon icra hakimiyyətinin və yerli kənd camaatının köməyi ilə yanğın artıq lokallaşdırılıb:
"Ərazi nəzarətə götürülüb. Profilaktik tədbirlər baxımından ərazidə yenidən yanğının baş verməməsi üçün əməkdaşlarımız tərəfindən növbətçilik sistemi təşkil edilib".
-----
Oğuz rayonu, Xaçmaz kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə yanğın olub.
7NEWS.Az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, FHN Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir.








