Oğuz rayonunda icra nümayəndəliyinin binasından oğurluq edilib. Hadisə rayonun Qumlaq kənd icra nümayəndəliyinin inzibati binasında qeydə alınıb.
Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı oğurluq etməkdə şübhəli bilinən rayon sakinləri Təbriz Abdurəhmanov və Rəhman Hümbətov saxlanılıblar. Saxlanılan şəxslərin rayon ərazisində fəaliyyət göstərən, Elçin Qasımova məxsus mağazadan oğurluğa cəhd etmələri də məlum olub.
7News.az








