RU
Oğuzda irigövdəli ağacın budağı qırılaraq avtomobil yolunu bağlayıb
14:10
39

Oğuzda irigövdəli ağacın budağı qırılaraq avtomobil yolunu bağlayıb

Oğuz rayonunda irigövdəli ağacın budağı qırılaraq avtomobil yolunu bağlayıb.

Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz rayonu Bayan kəndi ərazisindən keçən hissəsində irigövdəli ağacın budağı qırılaraq yolun hərəkət hissəsinə düşüb.

Nəticədə yolda hərəkət qismən dayanıb.

Dərhal əraziyə cəlb olunan aidiyyəti qurumlar tərəfindən yolda hərəkətin bərpası istiqamətində işlər aparılıb və yolda nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ