Oğuz rayonunun Böyük Söyüdlü kəndində əl qumbarası tapılıb.
7news.az report.az-a istinadən xəbər verir ki, hadisə yerinə Oğuz rayon polis şöbəsinin və Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) əməkdaşları cəlb olunub. ANAMA-nın əməkdaşları qumbaranı ərazidən götürüblər.
Faktla bağlı araşdırma aparılır.








