RU
DİN Gədəbəydəki silahlı insidentlə bağlı məlumat yaydı-YENİLƏNİB
22:40
1689

DİN Gədəbəydəki silahlı insidentlə bağlı məlumat yaydı-YENİLƏNİB

Daxili İşlər Naziriliyinin Mətbuat Xidmətinin Gəncə Regional qrupunun baş inspektoru Eşqin Qasımov Gədəbəy rayonunda baş verən silahlı insidentlə bağlı açıqlama verib.
7NEWS.az-ın bölgə müxbirinin verdiyi məlumata əsasən verilən açıqlamada bildirilib ki, hadisə ehtiyatsızlıqdan baş verib. Belə ki, rayon sakini 1990-cı il təvəllüdlü Tağıyev Elnur Qurban oğlu ov  tüfəngi ilə dovşan vuran zaman 1978-ci il təvəllüdlü Fətullayev Qamət Şahmalı oğlu xəsarət alıb. Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb.  Faktla bağlı araşdırma aparılır.
 
 -----

Gədəbəydə ova gedən şəxs güllə yarası alıb.
 
7NEWS.az-ın  bölgə müxbirinin verdiyi məlumata əsasən rayon sakini 1978 ci il təvəllüdlü Fətullayev Qamət Şahmalı oğlu qarın nahiyyəsindən güllə yarası alıb.İlk olaraq Gədəbəy rayon Xəstəsənasına,oradan isə Gəncə şəhərinə gətirilən 43 yaşlı şəxs əməliyyat edilib və hazırda vəziyyəti orta ağırdır.İlkin məlumata görə Q.Fətullayev özünü yaralayıb.Faktla bağlı polisə məlumat verilib,araşdırma aparılır.
 Нет описания.
 Нет описания.
7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ