RU
Ovçu meşədə özünü güllələdi
13:48
386

Ovçu meşədə özünü güllələdi

Sabirabadda ovçu meşədə ehtiyatsızlıq nəticəsində özünü güllələyib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə yanvarın 12-də Sabirabad rayonunun Şıxsalahlı kəndində qeydə alınıb.

Meşə zolağında kənd sakini Nemət Məmmədli ov tüfəngi ilə ehtiyatsız davrandığından açdığı atəşdən ayaq nahiyəsindən xəsarət alıb və o, xəstəxanaya yerləşdirilib.

Sabirabad RPŞ əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan “İJ-K” markalı tüfəng götürülüb. Araşdırma aparılır./azvision

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ