Sumqayıtda ölüm hadisəsi baş verib.
7News.Az-ın məlumatına görə, bu gün səhər saatlarında Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasında 21 günə yaxın müalicə alan 1982-ci il təvəllüdlü Mirzəyev Çingiz Rza oğlu bu gün səhər saatlarında dünyasını dəyişib.
Ç.Mirzəyev fevral ayının 20-də ov edən zaman ehtiyatsızlıqdan silahın açılması nəticəsində ağır yara alıb. Xəstəxanaya yerləşdirilən yaralıya zəruri həkim müdaxiləsi olunub. Müalicələrə baxmayaraq xəstə bu gün səhər saatlarında dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
7News.Az








