RU
“Çox güman ki, “Qarabağ” probleminin həlli biraz da uzanacaq” – Fazil Mustafa
12:27
601

“Çox güman ki, “Qarabağ” probleminin həlli biraz da uzanacaq” – Fazil Mustafa

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa 2017-ci il ərzində "Qarabağ” probleminin həllinin mümkün görünmədiyinə diqqət çəkib:

"Azərbaycanla Ermənistan arasında olan gərgin münasibətlər buna əsas vermir. Digər tərəfdən Rusiyanın özünün də bölgədə fəaliyyətinin fərqli formada inkişaf etməsi demək olar ki, bölgədə nəzarəti itirməsi problemin həllinə müsbət bir baxış ortaya qoymur. Rusiya bu münaqişənin həll olunmasını istəmir. Əgər Rusiya istəsə, ən azından Ermənistanın müəyyən mənada maraqlarına toxunaraq, məsələnin həll edilməsinə nail ola bilər. Amma Rusiya bunu istəmir. Şimal qonşumuz birbaşa Azərbaycan maraqlarının tapdanmasına daha çox üstünlük verir. Çünki işğalçının stimullaşması bilavasitə Rusiyaya aid ola məsələdir. Ona görə də bu siyasət dayanmalıdır. Ancaq hələ də dayanmır. Bu baxımdan da hər halda xoşagələn situasiya deyil. Münaqişənin bu il həlli məsələsi nikbin bir proqnoza uyğun gəlmir. Çox güman ki, bu məsələnin həlli biraz da uzanacaq”, – deyə F.Mustafa bildirib.//a24.az
 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ