RU
16:27
658

"Çox vuranlar" üçün xəbər - Spirtli içki xərçəng yaradır

Qırmızı çaxırın az miqdarda qəbulu hətta ürək-damar sistemi xəstəliklərinin riskini azaldır. Lakin onkoloqların fikrinə görə, spirtli içkilərin ziyansız miqdarı yoxdur. İstənilən dozada istənilən spirtli içkilərin qəbulu xərçəngin riskini artırır. Təbii ki, tez-tez və çoxlu miqdarda spirtli içkiləri içən insanlarda bu risk daha da yüksək olur.

Amerika onkoloqlarının araşdırmaları göstərib ki, spirtli içkilər ən azı 7 xərçəng növünə səbəb olur:

- ağız boşluğu xərçəngi

- qırtlaq xərçəngi

- qida borusu xərçəngi

- qaraciyər xərçəngi

- yoğun və nazik bağırsağın xərçəngi

- süd vəzi xərçəngi.

Ümumdünya Xərçəng Araşdırmaları Fondu xərçəngin profilaktikası məqsədi ilə spirtli içkilərin qəbulundan tam imtina etməyi tövsiyə edir. //Sağlamolun.az

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ