8 saatdan artıq yatmaq insulta səbəb olur.
Amerikalı mütəxəssislər uzun illər ərzində apardıqları araşdırmalar nəticəsində bu qənaətə gəliblər.
Araşdırmada 290 minə yaxın insan iştirak edib. Onlardan bəziləri 8 saat, bəziləri isə 8 saatdan çox yatan insanlar olub. Nəticədə ikinci kateqoriyaya daxil olan insanların yarıdan çoxunun insult keçirdiyi məlum olub. Mütəxəssislərin sözlərinə görə, çox yatarkən insanın ürək-damar sistemi rejimindən kənara çıxmalı olur və uzun müddət passiv rejimdə olan orqanizmi nəzarətdə saxlamaq üçün gücləndirilmiş iş rejiminə keçir. Bu cür insanlar eyni zamanda artıq çəki problemi ilə də üz-üzə qalırlar.
Bütün bunları nəzərə alaraq, mütəxəssislər vaxtında yatıb vaxtında durmağı, faəl həyat sürməyi, səhər idmanı ilə məşğul olmağı məsləhət görürlər.
7News.Az








