RU
`Çoxları deyir ki, onlar demoqoqdur`
15:17
1247

`Çoxları deyir ki, onlar demoqoqdur`

“Burada bəzi millət vəkili Azərbaycanda iqtisadi böhranın olduğuna dair fikirlər səsləndirdilər. Bunlar tamamilə yanlışdır”.

7News.Az-ın məlumatına görə, bu barədə Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.

Millət vəkili qeyd edib ki, Azərbaycan neftdən gələn gəlirlərdən ən uğurlu istifadə edən dövlətdir: “Azərbaycan neft gəlirlərindən düzgün istifadə edərək həm sosial, həm də iqtisadi sahəni inkişaf etdirib. Bu müddət ərzində 3000-ə yaxın xəstəxana, 600 məktəb tikilib, çoxlu sayda idman kompleksləri istifadəyə verilib, yollar çəkilib, mədəniyyət obyektləri təmir olunub, texnoparklar yaradılıb. Azərbaycan ən uğurlu sosial siyasət yürüdən ölkələrdəndir”.

S.Novruzov, həmçinin qeyd edib ki, MDB məkanında sosial sahədə ən geniş islahatlar Azərbaycanda həyata keçirilir: “Amma bu sahədə müəyyən çətinliklər var. Düzgün verilməyən statistika nəticəsində Dövlət Sosial Müdafiə Fondunun büdcəsində kəsirlər qeydə alınıb. Hesab edirəm ki, dəqiq statistika verilməlidir. İşsizlərin sayı dəqiq açıqlanmalıdır. İcra başçısının səsləndirdiyi rəqəmi yazıb göndərməklə heç nəyə nail ola bilməyəcəyik”, deyə S. Novruzov vurğulayıb.

Millət vəkili son günlər Əfqanıstan müharibəsində iştirak edənlərin, çernobil əlillərinin ixtisara salınması məsələsinə də münasibət bildirib.

“Çoxları deyir ki, onlar demoqoqdur, elə birinci onlar ixtisara salınmalıdır. Bu nə yanaşmadır? Axı onlar musiqi məktəblərində oxumayıblar, müharibədə iştirak ediblər, Qarabağ müharibəsində vətəni müdafiə ediblər. Niyə onlar ixtisara salınmalıdır ki?”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ