Türkiyədə qəribə hadisə baş verib.
7News.az "gazetevatan"a istinadla bildirir ki, Uşakda 30 yaşlı Ethem Akgün ağır bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
O, həkimlərə bildirib ki, evlərində "power bank" partlayıb. Alətin hissəcikləri onun ürəyinə sancılıb.
İndi kişinin vəziyyəti normaldır.
Qeyd edək ki, "power bank" telefonları elektrik enerjisi olmayan yerlərdə də sarj etmək üçün nəzərdə tutulan cihazdır.
7News.az








