RU
Çoxmənzilli binaların təmiri ilə bağlı - Sərəncam
19:05
615

Çoxmənzilli binaların təmiri ilə bağlı - Sərəncam

Azərbaycan Prezidenti İlham Əliyev Tərtər şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

7news.Az xəbər verir ki, sərəncamda deyilir:

"1. Tərtər şəhərində çoxmənzilli binaların əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Tərtər Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin”.
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ