RU
Oxu ayağı ilə atdı
15:08
395

Oxu ayağı ilə atdı

Ayağı ilə ox atdı, təxminən 300 metr aralıdakı hədəfi dəqiqliklə vurdu. Amerikalı Met Statmen növbəti dəfə öz bacarığı ilə hər kəsi şoka salıb. Texasın Makkinni şəhərində rekord cəhdi gerçəkləşdirən paralimpiyaçı, tapşığırın öhdəsindən uğurla gəlib.

Heç şübhəsiz fiziki qüsurları ilə bütün ox atanlardan fərqlənən Met Statzmeni, dünya “qolsuz oxçu” ləqəbi ilə tanıyır. Əlləri olmasa da ayağı ilə ox atan paralimpiyaçı bunu kifayət qədər ustalıqla edir. Ayağı ilə hədəfi dəqiq nişan alan Met, paralimpiya oyunlarında ABŞ-ın şərəfini qoruyur. Bu dəfə isə, qolsuz oxçu sərhədləri daha da aşaraq,adını dünya tarixinə yazdırıb. 284 metr aralıdakı lövhəni nişan alan Met Statzmen, ayağı ilə atdığı oxla hədəfi vurub.

Ayağı ilə ox atmaqla ən uzaq məsafəni dəqiq nişan alan insan kimi tarixə düşən Met, vurduğu dünya rekorduna görə çox sevinir. Amma,dediyinə görə bu da son olmayacaq. Uğurları ilə hər bir fiziki qüsurlu insana nümunə olan amerikalı, hələ çox yeniliyə imza atacağını deyir./atv

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ