"Ayaks"ın 11 futbolçusu Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda "Midtüllannd"la oyun öncəsi koronavirusa yoluxub.
7News.Az xəbər verir ki, Niderland təmsilçisi bu səbəbdən Danimarkaya 17 futbolçu ilə yollanıb.
Heyətdə Andre Onana, Marten Stekelenburq, Davi Klassen, Rayan Qravenberx və Duşan Tadiç kimi önəmli oyunçularda heyətdə yer almayıb.
Noyabrın 3-də keçiriləcək "Midtüllannd" - "Ayaks" matçı Bakı vaxtı ilə saat 24:00-da başlayacaq.








