RU
PA rəsmisi: “İkinci Qarabağ müharibəsində qazanılan möhtəşəm qələbənin tarixi əhəmiyyəti var
18:20
199

PA rəsmisi: “İkinci Qarabağ müharibəsində qazanılan möhtəşəm qələbənin tarixi əhəmiyyəti var"

"İkinci Qarabağ müharibəsində qazanılan möhtəşəm qələbənin tarixi əhəmiyyəti var. Prezident İlham Əliyevin də söylədiyi kimi, bu qələbə bizim şanlı tariximizdir”.

Bunu Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev Zəfər Forumunun bağlanış mərasimində deyib.

Onun sözlərinə görə, rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitləri addım-addım irəliləyərək Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçib, torpaqları qanları və canları bahasına azad edib: "Bu qələbə Prezident İlham Əliyevin rəhbərliyi və sarsılmaz iradəsi, Ordumuzun şücaəti, xalq-iqtidar birliyi nəticəsində təmin olunub”

V.Quliyev Azərbaycanda Anım Gününün, Zəfər Gününün təsis edilməsi haqqında dövlət başçısının sərəncamlarının əhəmiyyətindən də danışıb.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ