Pakistan Birləşmiş Millətlər Təşkilatının (BMT) Özbaşına Həbslər üzrə İşçi Qrupunun Pakistanın keçmiş baş naziri İmran Xanın "dərhal azad edilməsi” çağırışını rədd edərək, həbsin ölkənin daxili işi olduğunu bildirib.
7NEWS.az xəbər verir ki, Pakistan dövlət televiziyasının (PTV) xəbərinə görə, Pakistanın ədliyyə və hüquq naziri Əzəm Nazir Tarar BMT İşçi Qrupunun keçmiş baş nazir Xanın azadlığa buraxılması çağırışı ilə bağlı açıqlama verib. Tarar BMT İşçi Qrupunun çağırışına qarşı çıxıb və deyib ki, Xanın həbsi və bununla bağlı hüquqi proseslər Pakistanın daxili işidir.
7NEWS.az








