RU
Pakistan bu silahla dünyaya meydan oxudu
02:22
561

Pakistan bu silahla dünyaya meydan oxudu

Pakistan nüvə başlıqlı ballistik raketi sınaqdan keçirib.

Bu barədə Pakistan ordusu açıqlama yayıb.

350 kilometr mənzilli "Raad" raketi sınaq zamanı müəyyən edilən hədəfi dəqiqliklə vurub.

Raket alçaq məsafədən uçmasına baxmayaraq radarların hədəfindən yayınmağı bacarır.

Pakistan Prezidenti Məmnun Hüseyn və Baş naziri Nəvaz Şərif uğurlu sınaqdan sonra bu layihədə iştirak edən şəxsləri təbrik edib.

Qeyd edək ki, Pakistan ötən il də 900 kilometr mənzilli ballistik "Şahin-1A" raketini sınaqdan keçirmişdi./axar

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ