Əfqanıstan sərhədi yaxınlığında Pakistan ordusunun mövqelərinə silahlı hücum olub.
Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verir.
Məlumata görə, Xayber-Paxtunxva əyalətinin Kurram rayonunda baş verən hadisə nəticəsində biri zabit və biri komandir olmaqla, 11 hərbçi həlak olub.
Pakistan təhlükəsizlik xidmətlərindəki mənbələrin məlumatına görə, hücumu "Təhrik-e-Taleban Pakistan" (TTP) qruplaşması ilə əlaqəli silahlılar həyata keçiriblər. Silahlılar bir neçə istiqamətdən ordunun mövqelərinə hücum ediblər.
Qeyd edək ki, 2007-ci ildə yaradılan TTP radikal şəriət qanunlarına əsaslanan İslam dövləti qurmaq niyyətindədir və Pakistanda hərbi və mülki hədəflərə çoxsaylı hücumlara görə məsuliyyət daşıyır. 2018-ci ildən qruplaşmaya Nur Vəli Məsud rəhbərlik edir.








