Hindistan və Pakistan əsgərlərinin Cammu və Kəşmir sərhədində bir-birinə atəş açması nəticəsində bir hind əsgərinin həyatını itirdiyi bildirilib.
7NEWS.az xəbər verir ki, Hindistanın NDTV kanalının xəbərinə görə, Hindistan Sərhəd Təhlükəsizlik Qüvvələri (BSF) Cammu və Kəşmir sərhədində Pakistan əsgərləri ilə qarşıdurma olduğunu açıqlayıb. BSF Hindistanın təhlükəsizlik qüvvələrinin Pakistan tərəfindən açılan səbəbsiz atəşə cavab verdiyini vurğulayıb. Qeyd olunub ki, qarşıdurmada ağır yaralanan əsgəri bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb.
7NEWS.az








