Pakistanın Baş naziri İmran Xan ölkəsi ilə Hindistan arasındakı son hadisələrdən sonra ilk bəyanatını verib.
Baş nazir Kəşmirdə həyata keçirilən terror hücumu ilə əlaqədar Hindistan tərəfinə əməkdaşlıq təklifini yenilədiyini bildirib.
"Kəşmirdə intihar hücumları ilə əlaqədar Hindistanla əməkdaşlığa dair təklifimizi təkrar edirik. Pakistanın planı yalnız Pakistanın potensialını göstərmək idi, heç bir ziyan və zərər vermək istəmirik”, - o deyib.

Qeyd edək ki, nüvə silahına malik iki ölkə arasındakı gərginlik ötən gün daha da artıb.
Qeyd edək ki, Hindistanın nəzarətində olan mübahisəli Kəşmir ştatında fevralın 15-də kamikadze hərbçilərə hücum edib. Nəticədə, 40 nəfər insan həyatını itirib. Hindistan tərəfi Pakistanın hücumla əlaqəsinij olduğunu iddia edib./publika
7News.Az








