7NEWS.az xəbər verir ki, Keçmiş baş nazir Nəvaz Şərifin 75 mandatla ikinci partiya olan Pakistan Müsəlman Liqası və 54 mandatla Biləval Bhutto Zərdarinin Pakistan Xalq Partiyası hökuməti quracaq.
Bu iki partiya 2022-ci ildə Han-ı hakimiyyətdən uzaqlaşdıran etimad səsverməsi üçün bir araya gəldi.
Bhutto Zərdari keçirdiyi mətbuat konfransında onların ölkənin maraqlarından çıxış etdiklərini iddia edib.
Koalisiya quracaqlarını açıqlayan iki partiya bir-birinə qarşı seçki nəticələrinə də etiraz ediblər.
Nəvaz Şərifin partiyasından verilən açıqlamada siyasi sabitlik üçün razılaşmanın edildiyi qeyd edilib.
Xanın həbsinə və onun partiyası olan Pakistan Ədalət Hərəkatının (PTI) üzləşdiyi maneələrə baxmayaraq, partiyanın dəstəklədiyi müstəqil namizədlər Milli Assambleyada 93 yer qazanaraq seçkiləri qabaqlayıblar.
7NEWS.az








