İqtisadi böhranla mübarizə aparan Pakistan IMF ilə 3 milyard dollarlıq stand-by razılaşması üzrə razılığa gəlib.
7NEWS.az xəbər verir ki, Pakistan, Beynəlxalq Valyuta Fondu (IMF) ilə 3 milyard dollarlıq stand-by razılaşmasına razılaşıb. IMF-nin Pakistan missiyasının rəhbəri Nathan Porter, IMF və Pakistan səlahiyyətlilərinin 9 ay ərzində 3 milyard dollarlıq stand-by təşkil etmək barədə razılığa gəldiyini açıqladı. Pakistanın maliyyə naziri İshak Dar, IMF razılaşmasından sonra "Twitter"də "Allaha şükür" mesajını paylaşıb.
7NEWS.az








