İran və ABŞ arasında İslamabadda keçirilən danışıqlar zamanı Pakistan Hörmüz boğazında gəmiçiliyin tənzimlənməsi üçün hər iki tərəfə birgə patrul xidməti təşkil etmək təklif edib.
Bu barədə "əl-Cəzira” telekanalı Pakistan hökumətindəki mənbəyə istinadən məlumat yayıb.
"Pakistan nümayəndə heyəti Hörmüz boğazından gəmiçiliyin tənzimlənməsi təklifi irəli sürdü. Pakistanın təklifi boğazda birgə patrul xidmətini əhatə edir", - mənbə bildirib.
Qeyd edək ki, 11 aprel şənbə günü İslamabadda Tehran və Vaşinqton arasında münaqişənin həlli ilə bağlı danışıqlar aparılıb. Danışıqların 12 apreldə davam etməsi gözlənilir.








