RU
Pakistanda 2 qəbilə arasında baş verən qarşıdurmada ölənlərin sayı 13-ə çatıb
14:14
36

Pakistanda 2 qəbilə arasında baş verən qarşıdurmada ölənlərin sayı 13-ə çatıb


Pakistanın Xayber Paxtunxva əyalətində iki qəbilə arasında torpaq mübahisəsi səbəbindən davam edən silahlı qarşıdurmada ölənlərin sayı 13-ə, yaralıların sayı isə 74-ə yüksəlib.

7NEWS.az xəbər verir ki, Xeyber-Paxtunxv vilayətinin Kurram bölgəsində torpaq mübahisəsi səbəbindən Bohşera və Dandar qəbilələri arasında 6 gündür qarşıdurma yaşanır. İki qəbilə arasındakı qarşıdurmada daha 4 nəfərin ölümü ilə ölənlərin sayı 13-ə yüksəlib.

Münaqişədə indiyədək 74 nəfər yaralanıb.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ