Bu il Pakistanda ilk dəfə 3 nəfərdə M virusu (mpox) aşkarlanıb.
7NEWS.az xəbər verir ki, Geo News televiziyasında yer alan xəbərə görə, Hayber Paxtunxva əyalətinin səhiyyə rəsmiləri Körfəz ölkəsindən gələn 3 nəfərə M virusu diaqnozunun qoyulduğunu açıqlayıb. Səhiyyə Nazirliyinin sözçüsü Sacid Şah açıqlamasında bildirib ki, bu insanlarda viral infeksiyanın yüngül simptomları var, lakin çirklənmənin qarşısını almaq üçün kontakt axtarışı aparılıb. Şah bildirib ki, nümunələr təsdiqlənmək üçün Milli Səhiyyə İnstitutuna göndərilib. Pakistanda 2023-cü ilin aprelindən bəri 11 mpox hadisəsi qeydə alınıb, onlardan biri ölümlə nəticələnib.
7NEWS.az








