Azyazşlıların baxması tövsiyə olunmur.
İnternetdə Pakistanda keçirilən Aşura mərasimindən görüntülər yayılıb.
Mərasimdə iştirak edən şəxslər özlərinə ağır bədən xəsarətləri yetirirlər, qılıncla kürəklərinə endirilən zərbələrdən huşunu itirənlər də olur.
Görüntüləri azyaşlıların izləməsi qətiyyən tövsiyə olunmur.
Qeyd edək ki, son illər Azərbaycanda Aşura günündə zəncir vurma kimi ənənə demək olar ki, aradan qalxıb.
Qafqaz Müsəlmanları İdarəsinin tövsiyəsi ilə Aşura günündə azərbaycanlı dindarlar Kərbəla qurbanlarının xatirəsini anaraq, qan verir və yüzlərlə insana yardım etmiş olurlar.
Qeyd edək ki, görüntülər 2013-cü ildə lenta alınıb, bu günlərdə sosial şəbəkdə yayılıb./oxu
7news.az








