RU
Pakistanda bazarda partlayış baş verib: 4 ÖLÜ, 11 YARALI
13:03
23

Pakistanda bazarda partlayış baş verib: 4 ÖLÜ, 11 YARALI


7NEWS.az xəbər verir ki, Pakistanın Bəlucistan əyalətinin Ketta şəhərində Qəndhari bazarında güclü partlayış baş verib. Partlayışdan sonra hadisə yerinə polis və sağlamlıq qrupları göndərilib. İlkin məlumata görə, hadisə nəticəsində azı 4 nəfər ölüb, 11 nəfər yaralanıb. Şiddətli partlayış nəticəsində çoxlu sayda bina və avtomobilə ziyan dəyib. Qarşıdan gələn Ramazan bayramı üçün alış-veriş səbəbiylə bazarın kifayət qədər sıx olduğu öyrənilib.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ