7NEWS.az xəbər verir ki, Pakistanın Bəlucistan əyalətinin Turbat şəhərində bombalı hücum həyata keçirilib. Yol kənarına yerləşdirilmiş uzaqdan idarə olunan partlayıcı ilə həyata keçirilən hücumda 7 nəfər həyatını itirib. Hadisə yerinə çoxlu sayda polis qrupu və təcili yardım maşınları sövq edilib. Hadisə yeri mühasirəyə alınarkən, hücumla bağlı araşdırma başladılıb.
7NEWS.az








