Partlayışı terrorçu-kamikadze törədib.
Pakistanın Sind vilayətində törədilən terror aktı nəticəsində 16 nəfər ölüb, azı 40-dan çox yaralı var.
7news.az Reuters-ə istinadən xəbər verir ki, ilkin məlumata əsasən, partlayışı terrorçu-kamikadze törədib.
Məlumata əsasən, partlayış şiə müsəlmanların Aşura günü ilə əlaqədar keçirdikləri tədbir zamanı törədilib.
7news.az








