Pakistandakı Pəncab əyalətinin paytaxtı Lahorda fabrik binası çöküb.
Dördmərtəbəli binanın çökmə nəticəsində 10 nəfər dünyasını dəyişib.
Lahor Təhlükəsizlik İdarəsinin rəsmisi Hayder Eşref 30 nəfərin yaralandığını, 100 işçinin dağıntılar altında qaldığını bildirib. Hadisə yerinə xilasetmə qüvvələri cəlb olunub.
Baş nazir Navaz Şərif həyatını itirənlərin yaxınlarına başsağlığı ünvanlayıb./qafqazinfo
7news.az








