Pakistanın şimal-şərqində faciəvi qəza baş verib.
Kəşmir əyalətində yük maşını məktəb binasına çırpılıb.
Qəza nəticəsində 5 nəfər ölüb, 30 nəfər yaralanıb. Ölənlərdən 4-ü məktəbli qızlardır. Yaralıların çoxu məktəblilərdir. Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Hadisəni törədən sürücü qaçsa da, sonradan polis tərəfindən yaxalanıb.
Faktla bağlı araşdırma aparılır.
7news.Az








