Pakistanın Pəncab vilayətindəki Lahor şəhərində, "Gülşəne Eqbal Park" lunaparkında törədilmiş terror aktında həlak olanların əksəriyyəti qadınlar və uşaqlardır.
Parkın girəcəyindəki avtomobil dayanağındakı partladıcı qurğunu "canlı bomba" işə salıb.
Bazar günü olduğundan parkda çoxlu adam vardı.
Pakistanın baş naziri Nəvaz Şərif teraktda həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, yaralılara bütün gərəkli tibbi yardım göstəriləcəyini deyib.
Terakta görə məsuliyyəti "Təhrike Taliban Pakistan"la bağlı olan "Cəmaat ül Əhrar"qruplaşması öz üzərinə götürüb və "hədəfimiz xristianlar idi" deyib.
Pəncab vilayətinin qubernatorunun göstərişi ilə bütün ictimai parklar bağlanıb. Vilayətdə üç günlük matəm elan olunub.
7news.Az
Həlak olanların böyük əksəriyyəti qadınlar və uşaqlardır.
Pakistanın cənub-şərqində yerləşən Lahor şəhərində terrorçu-kamikadzenin özünü partlatması nəticəsində həlak olanların sayı 53 nəfərə çatıb.
Qeyd olunur ki, hadisə nəticəsində 100-dən çox insan yaralanıb. Polisin məlumatına görə, terrorçu partlayıcı qurğöunu uşaq parkında partladıb, həmin vaxtı orada ailələr çox olduğu üçün yaralanan və həlak olanların böyük əksəriyyəti qadınlar və uşaqlardır.
Hadisə şahidlərindən birinin sözlərinə görə, parkda xeyli sayda insan martın 27-də qeyd olunan Pasxa ilə əlaqədar toplaşıbmış. /oxu
7news.Az








