7NEWS.az xəbər verir ki, Pakistanın Sind əyalətinin Kəraçi şəhərindəki Arşi Ticarət Mərkəzində yerləşən mebel bazarı ötən gün alovlara təslim olub. 250 dükan olan bazarın birinci mərtəbəsində yerləşən mağazalardan birində qaynaq işləri aparan zaman baş verən yanğında 5 nəfər həyatını itirib, 1 nəfər isə yaralanıb.
7NEWS.az








