RU
Pakistanda güclü zəlzələ olub
10:30
20

Pakistanda güclü zəlzələ olub

Pakistanın qərbində 5,4 maqnitudalı zəlzələ olub.

Bu barədə ABŞ-nin Geoloji Xidməti bildirib.

Verilənlərə əsasən, yerli vaxtla 02:27-də qeydə alınmış zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib. Yeraltı təkanların episentri Bəlucistan vilayətinin Nuşki şəhərindən 67 km şimal-qərbdə olub.

Tələfat və dağıntı barədə məlumat verilməyib.
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ