RU
Pakistanda həddindən artıq istilər 14 nəfərin həyatına son qoyub
13:57
59

Pakistanda həddindən artıq istilər 14 nəfərin həyatına son qoyub


Pakistanın Kəraçi şəhərində təsirini artıran həddindən artıq istilər nəticəsində son 24 saatda 14 nəfər həyatını itirib.

7NEWS.az xəbər verir ki, Pakistanın Kəraçi şəhərində həddindən artıq istilər təsirli olur. Pakistanın bəzi bölgələrində havanın temperaturu 53 dərəcəni göstərərkən, Kəraçidə termometrlər yüzdə 76 rütubətlə 45 dərəcəni keçib. Həddindən artıq istilər səbəbindən şəhərdə yaşları 25-45 arasında olan 14 nəfər ölüb. Son 60 ilin ən rütubətli dövründən sonra Pakistanın bəzi bölgələrində havanın temperaturu 53 dərəcəyə yüksəldi və meteoroloji səlahiyyətlilər insanlara vacib hallar istisna olmaqla, evlərini tərk etməmələri, bol maye içmələri və səyahət etməmələri barədə xəbərdarlıq etdilər. Pakistan Meteorologiya Departamenti (PMD) bu gün Kəraçinin şimal-qərbindən əsəcəyi gözlənilən isti küləklərlə temperaturun daha da arta biləcəyini bildirib.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ