Pakistanın Kəraçi şəhərində istilər səbəbindən həyatını itirənlərin sayı 580-ə yüksəlib.
7NEWS.az xəbər verir ki, havanın temperaturunun 56 dərəcəyə çatdığı şəhərdə yüksək rütubət səbəbindən daha 4 nəfər həyatını itirib. İyunun 21-dən etibarən şəhərdə həyatını itirənlərin sayı 580-ə yüksəlib. İmkanı çatan xəstəxana və sağlamlıq ocaqlarında isti havadan əziyyət çəkənlər dəhlizlərdə müalicə olunur.
7NEWS.az








