RU
Pakistanda kamikadze hücumu olub, 13 əsgər ölüb
16:05
97

Pakistanda kamikadze hücumu olub, 13 əsgər ölüb

Bu gün Pakistanın şimal-qərbində kamikadze hücumu nəticəsində 13 əsgər həlak olub, 29 nəfər, o cümlədən mülki şəxslər yaralanıb.

Bu barədə yerli hökumət rəsmiləri və polis məmurları AFP-yə məlumat verib
 
"Bir kamikadze partlayıcı yüklü avtomobili hərbi karvana çırpıb. Partlayış nəticəsində 13 əsgər həlak olub, 10 ordu əməkdaşı və 19 mülki şəxs yaralanıb", - adının çəkilməsini istəməyən hökumət rəsmisi qeyd edib.

Bildirilib ki, partlayış həm də iki evin damının uçmasına səbəb olub, altı uşaq yaralanıb.
 
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ