RU
Pakistanda məsciddə törədilən terror aktında ölənlərin sayı 34 nəfərə çatıb - YENİLƏNİB
13:10
61

Pakistanda məsciddə törədilən terror aktında ölənlərin sayı 34 nəfərə çatıb - YENİLƏNİB

Pakistanın Bəlucistan əyalətinin Mastunq şəhərində məsciddə törədilən terror aktı nəticəsində ölənlərin sayı 34 nəfərə çatıb.

7News.Az xəbər verir ki, ölənlər arasında yerli polis rəisinin müavini də var.

Məlumata görə, yüzdən çox insan yaralanıb.

12:03
Pakistanda məscid yaxınlığında baş verən partlayışda 13 nəfər ölüb, 70 nəfər yaralanıb.

7News.Az yerli KİV-ə istinadən xəbər verir ki, səlahiyyətlilər partlayışın kamikadze tərəfindən törədildiyini ehtimal edir.

Qeyd edək ki, partlayış Mastunq şəhərində insanların Peyğəmbərin mövlud gününü qeyd etmək üçün toplaşdığı məscidin yaxınlığında baş verib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ